
Təl-Əvivin Fələstin HƏMAS hərəkatının üzvlərinin təqib ediləcəyi ilə bağlı açıqlamalarına görə Türkiyə yaxın vaxtlarda İsrail kəşfiyyatına qarşı əməliyyatlara başlaya bilər.
Publika.az xəbər verir ki, bu barədə ekspert Engin Özer məlumat verib.
Xatırladaq ki, bundan əvvəl İsrail kəşfiyyat xidmətlərinin nümayəndələri Qəzza zolağında hərbi əməliyyatlar başa çatdıqdan sonra bütün dünyada HƏMAS hərəkatının liderlərini sıradan çıxaracaqlarını bəyan etmişdilər. Türkiyə kəşfiyyatı da öz növbəsində İsraili Türkiyədə yaşayan HƏMAS üzvlərini təqib etsə, “böyük nəticələrlə” bağlı xəbərdar edib.
“İsrail hökumətinin zəifliyini İsrailin baş naziri Netanyahunun hədələyici tonu göstərir. Türkiyə bu kimi məsələlərdə beynəlxalq hüquqa uyğun hərəkət edir. HƏMAS hərəkatının nümayəndələri Türkiyənin rəsmi qonaqlarıdır və Ankaranın himayəsindədirlər”, - Özer qeyd edib.
Onun sözlərinə görə, bu vəziyyətdə İsrail kəşfiyyatının atacağı istənilən addım Türkiyəyə qarşı atılmış addım kimi qiymətləndiriləcək. İsrail kəşfiyyatçıları xüsusi əməliyyat zamanı yaxalansa, terrorçu kimi rəftar ediləcək.
Şərhlər