Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » FÜZULİ RAYON 55 NÖMRƏLİ MƏKTƏB DİREKTORUNDAN VƏTƏNDAŞ ŞİKAYƏTİ
FÜZULİ RAYON 55 NÖMRƏLİ MƏKTƏB DİREKTORUNDAN VƏTƏNDAŞ ŞİKAYƏTİ

Redaksiyamıza müraciət edən Füzuli rayon sakini Məhərrəmov Elmar Niyaz oğlu eyni rayonda yaşayan Abbasov Samir Amil oğlundan şikayətçidir. Belə ki, 2021-ci ilin aprel ayında zamin duraraq adı keçən şəxs üçün 31000 manat dəyərində heyvan alıb, sonra Samir 15000 manatı ödəyib, geri qalan vəsaiti valideynlərinin rayonda tutduqları vəzifələrindən istifadə edərək ödəməmək qərarına gəlib və nəticədə zərərçəkən Məhərrəmov Elmar külli miqdarda borca girib. Şikayətçi dəfələrlə Abbasovlar ailəsinə müraciət etsədə Abbasovlar hədə qorxu gələrək borcu ödəməkdən imtina edib.

 

Zərərçəkəndən aldığımız məlumata görə Abbasov Samir Amil oğlu rayonun 55 saylı məktəb direktoru Abbasova Mahirə Ələmdar qızının və 11 saylı kənd sovetinin sədri Abbasov Amil Zərqəm oğlunun övladıdır. Zərərçəkən 3 ildir ki, Abbasovlardan pulunu ala bilmir  və aidiyyatı qurumlara media vasitəsilə müraciətini bildirir.]

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti