Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » SON DƏQİQƏ! İlham Əliyev və Ərdoğan İrəvana DƏVƏT OLUNUB
SON DƏQİQƏ! İlham Əliyev və Ərdoğan İrəvana DƏVƏT OLUNUB

Türkiyə və Azərbaycanın prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev – gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət olunublar.

Reportyor.tv bildirir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə məlumat verib.

Nazirin sözlərinə görə, dəvətlər hələlik şifahi formada çatdırılıb.

Mirzoyan qeyd edib ki, iki qonşu dövlətin liderlərinin İrəvana səfərinin Ermənistan cəmiyyətində necə qarşılanacağı kifayət qədər mürəkkəb məsələdir. Buna baxmayaraq, o, yaxşı qonşuluq münasibətlərinin qurulması üçün addımlar atmağın vacibliyinə inanır.

Ararat Mirzoyan əlavə edib:

“Bir vaxtlar Ermənistan baş nazirinin Ankaraya səfərini təsəvvür etmək çətin idi, amma bu, baş verdi. İndi Paşinyanın Bakıya səfərini təsəvvür etmək çətindir, lakin vəziyyət dəyişə bilər”.

Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyi sammitinin 2026-cı il mayın 4-də İrəvanda keçiriləcəyini açıqlamışdı. Gələcək sammitdə əsas müzakirə mövzularının “Orta Dəhliz”in fəaliyyəti, eləcə də Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yük və enerji tranziti olacağı bildirilir.

Musavat.com

Şərhlər