Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » “Şapka Mamed”in kölgəsində: Monella MMC, milyonluq kreditlər və gizli sazişlərin izi - VİDEO
“Şapka Mamed”in kölgəsində: Monella MMC, milyonluq kreditlər və gizli sazişlərin izi - VİDEO

Bakunews.az araşdırması

2017-ci ildə “BakuPost” portalında dərc olunan materialda “Şapka Mamed” ləqəbi ilə tanınan Məmməd Musayevin fəaliyyətinə dair ciddi iddialar səsləndirilmişdi. Həmin araşdırmada qeyd olunurdu ki, “Aqrarkredit” rəhbəri kimi Musayev dövlət banklarının problemli kreditlərinin idarə edilməsində qeyri-şəffaf mexanizmlərdən istifadə edib və bir çox borcluların əmlaklarını ələ keçirib.
İllər sonra bu proseslərin kölgəsində adı çəkilən şəxslərdən biri – Qurbanəli İsmayılov, “Monella” MMC-nin rəhbəri – yenidən gündəmə gəlib.

Fatmayı əməliyyatı və gizli saziş iddiaları

Mənbələrin bildirdiyinə görə, Qurbanəli İsmayılov “Şapka Mamed” kimi tanınan Məmməd Musayevlə gizli sazişlər bağlayaraq, yenidən əldə etdiyi kreditlə biznes inkişafına deyil, Məmməd Musayevdən götürdüyü kreditlər vasitəsilə Fatmayı kəndində yerləşən 220 min manat dəyərində iaşə obyekti və 160 min manat dəyərində mənzil əldə edib.

İddialara əsasən, bu alqı-satqılar rəsmi sənədlərdə adi kommersiya əməliyyatı kimi göstərilsə də, faktiki olaraq Musayevin nəzarət etdiyi maliyyə qurumları vasitəsilə həyata keçirilib. Məqsəd isə dövlətə və banklara olan öhdəliklərin ört-basdır edilməsi olub.

7 milyonluq borcdan 10 milyona, sərnişin daşımada “qızıl fürsət” vədilə

Araşdırmaya görə, İsmayılov Musayevə yaxın çevrələr vasitəsilə sərnişin daşımada milyonluq qazanc vəd edib, bunun müqabilində 7 milyon manatlıq kredit borcu 10 milyon manatadək artırılıb. Lakin əldə edilən vəsait nə şirkətin əsas fəaliyyətinə, nə də sərnişin daşımaya yönəlib — iddialara görə, şəxsi maraqlara sərf edilib.

“Monella” MMC-nin adı bir neçə kommersiya obyektinin təmiri və nəqliyyat parkının yenilənməsi layihələrində də hallanır. Lakin həmin işlərin xərci şirkətin deyil, Zakir Məmmədovun 270 min manatdan artıq şəxsi vəsaiti hesabına təmin edilmişdir.

Zakir Məmmədovun iddiaları və maddi sübutlar

Araşdırma çərçivəsində redaksiyaya təqdim edilmiş video süjet və maddi sənədlər Zakirin bu layihələrdə şəxsi vəsaitlə iştirak etdiyini təsdiqləyir. O, bildirir ki, Qurbanəli İsmayılov vəd etdiyi ödənişi həyata keçirməyib, əksinə, saxta sənədlər hazırlayaraq guya Zakirin borclu olduğu təəssüratını yaradıb.
Zakir iddia edir ki, Qurbanəli bu yolla onu təzyiq altında saxlamağa, hətta cinayət işi açdırmağa çalışıb. Həmin müddətdə söhbətlərdə onun ailə üzvlərinin, o cümlədən yaxınlarının adı hallandırılaraq psixoloji təzyiq göstərilib. Zakir Məmmədov həmçinin qardaşının övladının həmin müəssisənin həyətində Qurbanəli İsmayılovun səhlənkarlığı nəticəsində həyatını itirdiyinidə video müsahibəsində bildirib.

Reportyor.tv[video=]

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti