
Nəsimi rayon İcra Hakimiyyətinin vəzifəlisi Müşviq Kərimli yenidən qanunsuz tikintilərə “yaşıl işıq” yandırıb. 
Reportyor.tv-yə daxil olan məlumatda bildirir ki, ərazidə aparılan qanunsuz tikinti sahibi yaş ağacları kəsdirərək, qanunsuz obyekt tikintisi həyata keçirir və buna da aidiyyatı qurumlar heç bir lazımi tədbir görmür. 
Məsələ ilə bağlı Reportyor.tv-ni məlumatlandıran mənbənin sözlərinə görə, Nəsimi rayonunda bu kimi qanunsuz tikintilərin piyar işinə də, daha doğrusu ictimailəşdirilməməsinin arxasında Nəsimi İcra Hakimiyyətində aparıcı məsləhətçi, Kərimli Müşviq Bəhram oğlu durur. 
Həmçinin rayonda böyük qanunsuz tikintilərin həyata keçirilməsinə nəzarət edən Müşviq Kərimli ilə bağlı mənbəmiz çox mühüm informasiyalarla redaksiyanı bilgiləndirib. Bu barədə növbəti yazıda gizlədilən həqiqətləri oxuculara təqdim etməyə çalışacağıq.
Kainat.tv






Şərhlər