Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Abonentlərin evlərində qaz zəif verilir amma Xanlar Əliyev “Xəzər Palace”də şənlik keçirir-Video
Abonentlərin evlərində qaz zəif verilir amma Xanlar Əliyev “Xəzər Palace”də şənlik keçirir-Video

Ölkədə qazlaşdırma prosesi keçirilməsi davam etsədə bəzi bölgələrin kəndlərində hələdə mavi qaz verilməyib.

Lakin Lənkəran, Masallı, Astara sakinləri evlərində təbii qazın zəif verilməsindən narazıdırlar. Bununla bağlı sosila şəbəklərdə yüzlərl müraciət yayımlanıb. Sözügedən vəziyət rayonların əksər kəndlərində rayon mərkəzindən kənar ərazilərdə müşahət olunur. Sakinlər bildirir ki, evlər mavi yanacaq ilə təmin olunsa da, qaz çox zəif güclə gəlir.

Xalq-a daxil olan məlumata görə sakinlər bildirirlər ki, “Qaz çox zəif gəlir. Su qızdırıcısı aşağı təzyiq ilə verilən təbii qazla suyu qızdırmır. Gündəlik olaraq soyuq sudan istifadə edirik”, öz müraciətində qeyd ediblər. Sakinlər vurğulayıb ki, Azəriqaz İB-nə dəfələrlə müraciət ediblər. Lakin Azəriqaz əməkdaşları məsələni qeyd etdiklərini bildirsələr də, məsələ hələ də öz həllini tapmayıb.

Sakinlər aidiyyəti qurumlardan məsələni öz nəzarətləri altına almağı xahiş edirlər. Lakin göründüyü kimi Lənkəran Masallı, Astara və Lerik sakinlərini narahat edən məsələləri həlli istiqamətində işlər görülməsi üçün əməkdaşlar heç bir lazımi tədbirlər görməyiblər.

Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Xanlar Əliyevin rəhbərliyi ilə “Xəzər Palace” şənlik təşkil olunub.

Məsələnin maraqlı tərəfi odur ki, şənlikdə regional idarənin bütün kollektivi iştirak etməyib, seçilən əməkdaşlar iştirak etməsi narazılıqla qarşılanıb. Lakin təmtətaralı şənlikdə regional idarənin rəhbər heyəti tam iştirak edib.

Vətəndaşların şikayətləri ilə bağlı və keçirilən təmtəraqlı şənliklə bağlı Lənkəran Regional Qaz İstismar İdarəsindən heç bir açıqlama almaq mümkün olmadı.

Yazıda qurumların və adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

[video=]

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti