Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Sumqayıtda məktəb direktorunun fəaliyyəti ilə bağlı ciddi narazılıq – Valideynlər və müəllimlər etiraz edir İDDİA
Sumqayıtda məktəb direktorunun fəaliyyəti ilə bağlı ciddi narazılıq – Valideynlər və müəllimlər etiraz edir İDDİA

Redaksiyamıza daxil olan məlumatlara əsasən, Sumqayıt şəhəri Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəbin direktoru Rəna Rufullayevanın fəaliyyəti ilə bağlı ciddi narazılıqlar mövcuddur. Valideynlər və pedaqoji heyət tərəfindən irəli sürülən iddialara görə, son aylarda məktəbdə şəffaflıq və obyektivliyin pozulması ilə müşayiət olunan qərarlar qəbul edilir, nəticədə tədris və psixoloji mühitdə gərginlik yaranıb.


Verilən məlumata əsasən, direktorun rəhbərliyi dövründə məktəbdə qiymətləndirmələrə müdaxilə, əməkdaşlara qeyri-rəsmi təzyiqlər və pedaqoji heyət üzərində psixoloji basqılar müşahidə olunub. Eyni zamanda, bəzi valideynlər şagirdlərin qiymətləri və davamiyyəti ilə bağlı qeyri-şəffaf yanaşmalardan narazılıq edirlər.
Məlumatlar gec saatlarda qəbul edildiyindən qarşı tərəflərlə əlaqə saxlamaq mümkün olmamışdır. Qeyd edək ki, iddialarla bağlı münasibətlər bıəli olduqdan sonra tam təfərüatlı məlumat veriləcəkdir.
Qarşı tərəfin mövqeyini öyrənmək və obyektiv məlumat yaymaq məqsədilə rəsmi cavabınızı gözləyirik.

Bakunews.az

Şərhlər