
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə gün öncəki çıxışında "Masada olmayanlar menyudadır" ifadəsi Davos İqtisadi Forumunda müzakirə mövzusuna çevrilib.
Publika.az xəbər verir ki, Kanadanın baş naziri Mark Karni forumdakı çıxışında bu məsələyə toxunub.
Karni qlobal nizamın dönməz şəkildə dəyişdiyini vurğulayaraq, ölkələrin artıq passiv qalmaq lüksuna malik olmadığını bildirib.
Onun sözlərinə görə, qaydaların qoruma təmin etmədiyi bir dünyada ölkələr yalnız birlikdə hərəkət etməklə yaşaya bilərlər
Karni son olaraq, Ərdoğanın "Əgər masada deyilsinizsə, menyudasınız" ifadəsini təkrarlayıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan qlobal iqtisadiyyatın qiymətli metallar, enerji ehtiyatları və ticarət yolları tərəfindən formalaşan şiddətli güc mübarizəsinə sürükləndiyini və Qərbin illərdir zülm vasitəsi kimi istifadə etdiyi ritorikanı sürətlə itirdiyini bildirmişdi.






Şərhlər