"Yeni Saray" restoranında aparılan təmir-tikinti işləri ilə bağlı konstruksiya dəyişikliyi mövzusunda rəhbəri olan Ismayıl müəllimlə görüşə getdim. Məqsədim sadə idi: ictimai maraq üçün düzgün məlumat toplamaq və hadisələri obyektiv araşdırmaq.
Görüşün əvvəlində iş icraçısı dərhal hörmətsiz və aqressiv davrandı. Özünün kaskasız halda, qapalı otaqda durmasına baxmayaraq mənə dedi:
“Sənin niyə kaskan yoxdur?”
“Siz kimsiniz ki, sənəd göstərim? Lazımi yerlərin icazəsi var.”
Daha sonra rəhbərlik əlavə etdi:
“Jurnalistlərdən şikayətim var.”
İş icraçısı üstəlik dedi:
“Mənim vəsiqəm var.”
Bu söz mənim üçün aydın oldu: belə çıxır ki, bir çox sayt və qurum jurnalist vəsiqəsi verərək həqiqi araşdırma aparan jurnalistlərin nüfuzuna xələl gətirir. Belə yanaşma ictimai maraq üçün çalışan peşəkar jurnalistlərin fəaliyyətini qarışdırır.
Daha sonra, rəhbərlik konstruksiyada dəyişiklik olub-olmaması ilə bağlı tam cavab vermək əvəzinə, jurnalistlərin mövzusunu hallandırmağa üstünlük verdi. Hətta konstruksiya ilə bağlı hansı qurumların icazəsi olmalı olduğu, sənədin olub-olmaması dəqiq deyilmədi.
Burada əsas məsələ aydındır: restoran və ya digər tikinti obyektlərində konstruksiya dəyişikliyi üçün mütləq şəkildə müvafiq qurumların icazəsi olmalıdır:
-
Şəhər və rayon icra hakimiyyəti – torpaqdan istifadə və tikinti icazəsi.
-
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – layihənin şəhərsalma və tikinti normalarına uyğunluğu.
-
Fövqəladə Hallar Nazirliyi – yanğın və fövqəladə hallar təhlükəsizliyi.
-
Sanitar və Ekologiya Nəzarəti – sanitariya və ətraf mühit standartları.
-
Digər ixtisaslaşmış qurumlar – elektrik, qaz və mühəndislik sistemləri üçün təsdiq.
Əgər bu icazələr və sənədlər yoxdursa, tikinti qanunsuz sayılır və ictimai maraq üçün araşdırma aparmaq hüququ daha da vacib olur.
Amma mən vurğuladım ki, əgər restoran rəhbərliyinin hansısa jurnalistdən şikayəti varsa, onu ictimaiyyətlə paylaşmaq problem deyil – məqsəd yalnız düzgün araşdırmanı və ictimai marağın təmin olunmasını təmin etməkdir.
Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Qanunun 16 və 17-ci maddələri jurnalistlərin hüquqlarını təmin edir:
-
Maddə 16: Jurnalistlərin və media subyektlərinin xarici və yerli mənbələrdən informasiya almaq hüququ vardır.
-
Maddə 17: Jurnalistlər dövlət orqanları, təşkilatlar və vəzifəli şəxslərdən məlumat almaq hüququna malikdir. Sorğu verilmədikdə jurnalist şikayət etmək hüququna malikdir.
Görüş zamanı bir daha vurğuladım:
“Hansısa jurnalistikadan anlayışı olmayan, qapı-qapı gedənləri düzgün araşdırma aparanlarla qarışdırmasınlar.”
Bu hadisə bir daha göstərdi ki:
-
Jurnalist peşəsini bilir və öz dəyərini qoruyur.
-
İş icraçıları və rəhbərlik etik davranmalı və qanuni qaydalara riayət etməlidir.
-
Tikinti sahəsində təhlükəsizlik və konstruksiya icazələri hər zaman təmin olunmalıdır.
-
Həqiqi jurnalist araşdırması şəxsi maraq üçün deyil, ictimai maraq üçün aparılır.
-
Vəsiqənin düzgün istifadə olunmaması peşəkar jurnalistlərin nüfuzuna xələl gətirir.
-
Rəhbərlik hansısa jurnalistdən şikayət edirsə, bunu açıq şəkildə bildirmək mümkündür.
-
Konstruksiya ilə bağlı əsas mövzu – dəyişiklik olub-olmaması və icazələrin olması – tam və şəffaf şəkildə cavablandırılmalıdır.
Hadisə həm də ictimai marağın qorunmasının, jurnalistlərin hüquqlarının və iş yerində təhlükəsizlik normalarının nə qədər önəmli olduğunu göstərdi. İctimai maraq və qanuni hüquqlar hər zaman qorunmalıdır.
“PS: "Yeni Saray" şadlıq sarayının rəhbərliyinin və iş icraçısının çıxış tərzindən belə bir təəssürat yaranır ki, onların sənədlərinin olub-olmaması heç bir əhəmiyyət daşımır və ‘ərazi mənimdirsə, istədiyimi sökərəm, istədiyimi tikərəm’ prinsipi ilə hərəkət edə biləcəyini düşünür. Bu yanaşma hüquqi əsaslara söykənmir və açıq şəkildə qanunvericiliyin tələblərinə zidd bir mövqe kimi görünür.”






Şərhlər