Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » AAYDA-nin keçmiş sədri Saleh Məmmədovun xalası oğlu dövlətdən nə qədər pul mənimsəyib?
AAYDA-nin keçmiş sədri Saleh Məmmədovun xalası oğlu dövlətdən nə qədər pul mənimsəyib?

Azərbaycan Avtomobil Yolları Agentliyinin 17 saylı Yol İstismar İdarəsinin rəisi Şahin Süleymanovla bağlı redaksiyamıza şok doğuracaq məlumat daxil olub. Belə ki, adı hallanan qurumda "olirqarx Şahin" adı ilə məşhurlaşan bu şəxs heç də sıradan biri deyil. Əldə etdiyiumiz məlumatlara görə, Şahin Süleymanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin keçmiş sədri Saleh Məmmədovun xalası oğludur. Elə məhz ohumluq əlaələrindən sui-istifadə edən Şahin Süleymanov lazımı qədər dövlətdən vəsait qopara bilib. Bir faktı eyd edə bilərik ki, idarə rəisi son model "Lexsus" avtomobilinə necə sahib çıxdığı məxvi olaraq qalır. Avtomobilin qiyməti isə nə az, nə çox, 200.000(iki yüz min manat civarında qiymətləndirilir. Sual yaranır. Doğurdanmı sıradan bir idarə rəisi dövlətdən aldığı əmək haqqı ilə bahalı avtomaşınlar, mülklər, şadlıq saraylarıəldə edib? Təbii ki, sualların cavabını Hesablama Palatası, Maliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin nəzərində axtarmağa çalışarıq. 

Maraqlı məqam ondan ibarətdir ki, il ərzində bir dəfə olsun 17 saylı yol istismar idarəsində heç bir dövlət qurumları tərəfindən yoxlama aparılmayıb. Əslində, Saleh Məmmədovun AAYDA  sədri olduğu bütün aranlıqlara aydınlıq gətirir. Məhz bu amil Ş. Süleymanova tam şərait yaradırdı ki, dövlət vəsaitin rahatlıqla mənimsəsin. Etibarlı mənbədən aldığımız son məlumatlara görə, hazırda işdən azad olunan Saleh Məmmədovun durumu olduqca ağırdır. Mənbə iddia edir ki, Hesablama Palatasının apardığı yoxlama ciddi nöqsanlar üzə çıxrıb. Yəni dövlətin küllü miqdarda vəsaiti mənimsənilib. Artıq xala oğlu özünü müdafiə etmək üçün alternativ yollar axtarışındadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətininə təyin olunan yeni sədr Vüsal Nəsirli çox güman ki, məsələni nəzarətə götürəcək. 

Araşdırmamız davam edir. Qarşı tərəfin söz haqqı var

[video=]

Dosye

Şərhlər