
Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Arsen Xaratyan İrəvanda keçirilən konfransda diqqətçəkən açıqlama verib.
Reportyor.tv xəbər verir ki, o, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin bölgəni tərk etməsi prosesinin ABŞ maraqları ilə bağlı olduğunu iddia edib.
Keçmiş müşavirin sözlərinə görə, bu barədə çağırışlar hələ 2022-ci ildə Praqa razılaşmalarından əvvəl səsləndirilib və həmin ilin yayında İrəvana səfər edən amerikalı nümayəndələr bunu açıq şəkildə dilə gətiriblər.
“Bayden administrasiyasının əsas məqsədi Cənubi Qafqazda Rusiyanın mövcudluğunu azaltmaq idi. Xüsusilə Qarabağdakı Rusiya sülhməramlılarının çıxarılması Vaşinqton tərəfindən böyük uğur hesab olunurdu”, – deyə o vurğulayıb.
Xaratyanın fikrincə, sonrakı proseslər – rus hərbçilərinin bölgədən getməsi – ABŞ üçün strateji nəticə kimi qiymətləndirilib.
Musavat.com






Şərhlər