Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Azərbaycan Pakistana başsağlığı verdi
Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Pakistanda qar fırtınası zamanı çoxsaylı insan tələfatı ilə əlaqədar bu ölkənin xalqına və hökumətinə başsağlığı verib.
reportyor.tv başsağlığının mətnini təqdim edir:
“Murree şəhərində qar fırtınası zamanı ekstremal hava şəraiti nəticəsində ən azı 23 nəfərin həlak olması xəbərindən dərin kədərləndik. Qardaş Pakistan xalqına və hökumətinə başsağlığı veririk. Allah faciə qurbanlarının ruhunu şad etsin!”
Qeyd edək ki, Pakistanın şimalında çovğun nəticəsində yaranan tıxac insan tələfatına səbəb olub. Polisin məlumatına görə, tıxac nəticəsində azı 23 nəfər dünyasını dəyişib. Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhmədin sözlərinə görə, güclü qar yağan zaman minə yaxın avtomobil magistralda qalıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti