Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » İtaliyada uçqun nəticəsində ölənlərin sayı 7-yə yüksəldi
İtaliyada uçqun nəticəsində ölənlərin sayı 7-yə yüksəldi

İtaliyada Marmolada zirvəsindəki Punta Rokka buzlağından qopan böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində ölənlərin sayı 7-yə çatıb.
reportyor.tv xəbər verir ki, dörd nəfər uçqun altından sağ çıxarılıb. Beləliklə, itkin düşənlərin sayı 15-ə enib.
Hazırda əlverişsiz hava şəraiti ilə əlaqədar axtarış-xilasetmə işləri dayandırılıb.
Xatırladaq ki, ötən gün Punta Rokka buzlağının əriməsi nəticəsində böyük buz təbəqəsinin dağda olan 30 alpinistin üzərinə çökməsi ilkin məlumatlara görə, 6 nəfərin həyatına son qoyub. Hadisə nəticəsində alpinistlərdən ikisi ağır olmaqla 8 nəfər yaralanıb.

Şərhlər