Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Ağ Evdən Moskvaya XƏBƏRDARLIQ: "Əgər ilhaqa davam etsəniz..."
Ağ Evdən Moskvaya XƏBƏRDARLIQ: "Əgər ilhaqa davam etsəniz..."

Vaşinqton Rusiyanın Ukraynaya qarşı müharibədə növbəti addımından xəbərdar olduğunu bildirib.
reportyor.tv xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ukraynadakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu, işğal olunmuş ərazilərin ilhaqından ibarətdir.
Diplomatik departament xəbərdarlıq edir ki, Rusiya Ukraynanın suverenliyinə qarşı yönəlmiş hərəkətlərə görə ABŞ və müttəfiqlərindən tez və sərt cavab alacaq.
“Moskvanın növbəti addımından xəbərdarıq. Rusiya işğal etdiyi Ukrayna ərazisinin ilhaqı üçün zəmin yaradır ki, bu da Ukraynanın suverenliyinin birbaşa pozulması deməkdir. Əgər Rusiya ilhaq planlarını həyata keçirməyə davam edərsə, biz buna müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə tez və ciddi şəkildə cavab verəcəyik”,- bəyanatda deyilir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti