Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Qazaxıstan XİN başçısı: "Əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır"
Qazaxıstan XİN başçısı: "Əsas məsələ sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır"

"Azərbaycanla Ermənistan arasında delimitasiya olmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir".
reportyor.tv xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri, Baş nazirin müavini Muxtar Tleuberdi dünyanın ənənəvi dini liderlərin qurultayının kluarında bildirib.
O deyib ki, Qazaxıstan Ermənistana sülhməramlı göndərməyəcək.
“Qazaxıstan Ermənistana öz sülhməramlılarını göndərəcəkmi?” sualına cavabında nazir deyib: “Yox. Hələ gündəlikdə belə bir məsələ yoxdur”.
O, sentyabrın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclasının keçirildiyini xatırladıb. Nazir əlavə edib ki, hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın işinin bərpasıdır:
“Ümumiyyələ, Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya olunmadığı üçün sərhəd pozuntusundan bəhs etmək çətindir. Qazaxıstan sərhədin müəyyənləşdirilməsi üzrə təcrübəsini bölüşməyə hazırdır. Biz Rusiya istisna olmaqla bütün qonşu dövlətlərlə sərhədlərimizi müəyyənləşdirmişik. Rusiya ilə bu istiqamətdə razılaşma 2-3 il davam edə bilər”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti