Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » "Əvvəlki kimi olmayacaq"- NATO- dan Rusiya PROQNOZU
"Əvvəlki kimi olmayacaq"- NATO- dan Rusiya PROQNOZU

Ukraynada münaqişənin həllindən sonra da Rusiya ilə Qərb arasında münasibətlərin normallaşması gözlənilmir.
reportyor.tv xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Almaniyanın “Handelsblatt” nəşrinə müsahibəsində deyib.
“Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”, - Stoltenberq qeyd edib.
Eyni zamanda, Baş katib Rusiya Prezidenti Vladimir Putinin nüvə silahından istifadə edəcəyinə inanmır və belə bir riski az hesab edir. Çin və digər ölkələr Rusiyaya mesaj veriblər ki, nüvə silahından istifadə edilməməlidir.
Eyni zamanda Stoltenberqin sözlərinə görə, Qərb ixtiyarında “böyük resurs”a malik olan Rusiyanı yanlış qiymətləndirməməlidir. Bununla bağlı o, Almaniyanı Ukraynaya tank tədarükünü başlamağa çağırır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti