Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » İsgəndəryan: “Əgər Rusiya Ermənistana kömək etməsə, geri qayıdacaq yeri olmayacaq”
İsgəndəryan: “Əgər Rusiya Ermənistana kömək etməsə, geri qayıdacaq yeri olmayacaq”

“Əgər Rusiya indiki məqamda Laçın dəhlizinin yenidən açılması istiqamətində nəsə etməsə, o zaman geri qayıdacaq yeri olmayacaq”.

reportyor.tv xəbər verir ki, belə bir fikir bu gün, fevralın 4-də İrəvanda keçirilən “Ermənistan və Rusiya-Qərb qlobal qarşıdurması, 2022-ci ilin nəticələri”, adlı dəyirmi masada Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan tərəfindən səslənib.

Onun fikrincə, Rusiya “Ukrayna ilə haqq hesabı çürüdənə qədər” Ermənistanı gözlətməsi işə yaramayacaq.

“Çünki, birincisi (savaş müddətə qədər) biz sağ qala bilməyəcəyik, ikincisi, bu (Rusiya Ukrayna savaşı-red.) bitənə də oxşamır, üçüncüsü, deyək ki, bitsə belə kiminsə qılıncla ata minib Laçın dəhlizini geri qaytaracağı şübhəli görünür”, – deyə erməni politoloq bildirib.

Onun fikrincə, Rusiyanın Ermənistana münasibəti “pul yoxdur, amma sən bir az da döz” yanaşmasını xatırladır.

Aleksandr İskəndəryan bundan sonra Ermənistan üçün vəziyyətin daha da pisləşə biləcəyini söyləyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti