Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Erməni politoloq: “Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi toqquşma meydanına çevriləcək”
Erməni politoloq: “Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi toqquşma meydanına çevriləcək”

“Hazırda Rusiya ilə Qərb arasında geosiyasi toqquşma iki nöqtədə- Suriya və Ukraynada müşahidə olunur. İndi Ermənistan da onların yolu ilə gedir”.
reportyor.tv Ermənistan mediasına istinadən xəbər verir ki, belə bir iddianın müəllifi erməni politoloq Beniamin Matevosyandır.
“Bunun nəticələri göz önündədir. Bununla bağlı mənim çox böyük qorxularım var”,- deyə  erməni ekspert bildirib.
Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyətinin üzləşdiyi ən böyük problemlərdən biri ölkənin diplomatik platformada artıq Qərblə Rusiya arasında ziddiyyətlərin mərkəzinə düşməsidir. Və bu ziddiyyətlər özünü əvvəl-axır konkret sahədə və ərazidə büruzə verəcək.
“Aydın şəkildə başa düşmək lazımdır ki,  bütün bu proses Ermənistan Respublikasının hərbi platformaya çevrilməsinə gətirib çıxaracaq. Mən başa düşürəm ki, çoxları üçün bu şokdur, bəlkə də emosional nöqteyi-nəzərdən bunu qavramaq çox çətindir, lakin mən bu ziddiyyətlərin başqa təzahürünü təsəvvür edə bilmirəm”, - deyə o izah edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti