Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Qərbin tələbi: “Putini kənarlaşdırın!”
Qərbin tələbi: “Putini kənarlaşdırın!”

Əgər siz bütün diplomatik konvensiyaları və Qərb bürokratlarının üstüörtülü oyunlarını aradan qaldırsanız, onların Rusiyadan əsas tələbi yalnız bir şey olacaq: “Putini kənarlaşdırın!”
reportyor.tv xəbər xəbər verir ki, bunu iqtisadçı ekspert Mixail Xazin “Tsarqrad” telekanalına müsahibəsində deyib.
Ekspert bildirib ki, əslində bu gün Qərbdə Rusiya ilə bağlı başqa istəklər yoxdur. Onun sözlərinə görə, əsas tezis çoxdan formalaşıb və bu hər bir sonrakı anti-Rusiya sanksiyalar paketindən qırmızı ip kimi keçir.

“Qərb bürokratları əsas istəklərini məhz ona görə reallaşdırmaqda o qədər inadkarlıq nümayiş etdirirlər ki, bu gün Rusiyanın ABŞ və Avropa meyllərinə qarşı müqavimətinin özəyinin məhz Putin olduğunu yaxşı bilirlər. Xalqımızın, elitamızın dövlət başçısının kursunun düzgünlüyünə inamını sarsıtmaq üçün Qərbdə məmurlar bizə qarşı daha çox sanksiyalar tətbiq edirlər. Xüsusi əməliyyatlar üçün Rusiyaya təxribatçıların göndərilməsi ilə bağlı məlumatlar da bununla bağlıdır. Onların məqsədi Putini kənarlaşdırmaqdır”, - deyə Xazin yekunlaşdırıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti