
"Bu günədək Qarabağda aşkarlanan kütləvi məzarlıqlardan tapılan meyitlərin 15-nin şəxsiyyəti müəyyən edilib"
Bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.
O deyib ki, bu şəxslərdən 2 nəfərin meyiti dəfn olunub:
"Meyitləri aşkarlanmış hərbçilərin dəfni Hərbi Nizamnamənin tələblərinə uyğun həyata keçirilir. Mülki şəxslərin dəfnini isə yerli icra hakimiyyəti icra edir. İnidəyək ümumilikdə aşkarlanan qalıqlardan 120-nin qalıqları qarışıq halda təhvil verilib. Onlar normalardan kənar qazıntı aparılaraq torpalara yığılıb. Ona görə də bu qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi çətinlik yaradır".
Şərhlər