Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » COVID-19-un yeni variantı bu ölkədə də aşkarlandı
COVID-19-un yeni variantı bu ölkədə də aşkarlandı

İsraildə COVID-19-un yeni variantı "BA.2.86" aşkarlandığı açıqlanıb.
reportyor.tv xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatı (KAN) Tel-Əviv Suraski Tibb Mərkəzi səlahiyyətlilərinin mövzu ilə bağlı açıqlamasına yer verib. Xəbərdə İsraildə aşkar edilən yeni variantın ABŞ, İngiltərə və Danimarkadan sonra dünyada aşkarlanan 4-cü hal olduğu bildirilib.
Məlumata görə, yeni variant daşıdığı çox sayda mutasiya ilə vaksinləri təsirsiz hala gətirə bilər və bu hal Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir.
Ümumdünya Səhiyyə Təşkilatı avqustun 17-də verdiyi açıqlamada BA.2.86 olaraq elan edilən variantın statusunu daşıdığı çox sayda mutasiyaya görə "müşahidə altında olan variant" olaraq yeniləmişdi.

Şərhlər