Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda maşın yük avtomobilinə çırpıldı: YARALILAR VAR - FOTO
Bakıda maşın yük avtomobilinə çırpıldı: YARALILAR VAR - FOTO

Bakının Nərimanov rayonunda minik avtomobili ilə yük maşını toqquşub.
Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin “20 yanvar” dairəsinə gedən istiqamətində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan “Toyota” markalı minik avtomobili qarşıda gedən “KamAZ” markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində minik avtomobilinə ciddi ziyan dəyib. Bir nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Nəqliyyat vasitələri yoldan kənarlaşdırılıb.
Hadisənin səbəbləri araşdırılır.





Şərhlər