Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Azərbaycanlı iş adamının oğlu vəzifəli şəxsi döydü
Azərbaycanlı iş adamının oğlu vəzifəli şəxsi döydü

  Azərbaycanlı iş adamı Faiq Quliyevin oğlu Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Megion şəhərinin məhkəməsində bələdiyyə nəzarəti şöbəsinin müdiri Semyon Qoliki döyüb.

Reportyor.tv Oxu.az-a istinadla xəbər verir ki, 2023-cü ilin fevralında Qoliklə sahibkar Quliyevin övladları arasında baş verən insidentin araşdırıldığı məhkəmə prosesinin keçirildiyi zalı tərk etdikdən sonra proses tərəfləri söhbəti davam etdiriblər. Lakin onlar arasında qarşılıqlı anlaşmaya nail olmaq mümkün olmayıb və Quliyevin kiçik oğlu güc göstərmək qərarına gəlib. O, Qolikə güclü zərbə endirir.

Bu hadisədən sonra mülki iş cinayət işinə çevrilib. Məlumatı Qolik özü də təsdiqləyib və döyülmə anını lentə alaraq, hüquq-mühafizə orqanlarına məlumat verib.                  

Şərhlər