“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Yay mövsümü – həm istirahət, həm də fürsətlər mövsümüdür! Mövsümi canlanma və artan bazar tələbi fonunda bu dövr yeni layihələrə başlamaq və mövcud biznesi genişləndirmək üçün xüsusilə əlverişlidir.
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, yay aylarında biznesini böyütmək və yeni imkanlardan yararlanmaq istəyən sahibkarlar üçün mikro və aqro kreditlər üzrə faizləri əritdi, şərtləri daha sərfəli etdi.
Belə ki, Banka müraciət edən iş adamları və fərdi sahibkarlar minimal sənədləşmə və minimum vaxt sərf etməklə aşağıdakı üstünlüklərlə kredit əldə edə biləcəklər:
- Məbləğ – max.100 000 manat;
- Müddət – 48 ayadək;
- Zaminsiz və tranşla kredit götürmək imkanı;
- Təminatdan asılı olaraq kreditin komissiyasız təqdim edilməsi imkanı;
- Kredit xətti açılması imkanı;
- Sərbəst ödəniş qrafiki;
- Güzəşt müddəti – 12 ayadək.
Biznesinizə yayda yeni nəfəs verin, Bank Respublikanı seçin!