Günün ULDUZ FALI: Maliyyə çətinlikləri yaşana bilər
Tarix: 5-01-2021, 02:42
Baxılıb: 283
Google+ Paylaş
Tumblr Paylaş

Günün ULDUZ FALI: Maliyyə çətinlikləri yaşana bilər

5-01-2021, 02:42

Reportyor.tv dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - əhəmiyyətli və genişmiqyaslı işlər üçün əlverişli gün deyil. Mühüm məsələlərin çözümünü, önəmli qərarların qəbul olunmasını təxirə salın. Cari işlərlə məşğul olun, pozitiv emosiyalar almağa çalışın.
Buğa - yeni tanışlıqlar, prioriet və məqsədlərin dəyişməsi istisna deyil. Bu gün başlayan münasibətlər sürətlə inkişaf edəcək.
Əkizlər - maliyyə çətinlikləri yaşana bilər. Alış-veriş zamanı bədxərclik etməyin. Uzunmüddətli səyahətə və ya səfərə yollanmaq məsləhət deyil.
Xərçəng - yaxşı gündür. Problemlərin sayı azdır və siz onların öhdəsindən gələ biləcəksiniz. İdeyalarınızı ətrafınızdakı insanlarla bölüşün. Onlarda xoş təəssürat yaradacaqsınız.
Şir - potensial iş yerinin sahibi və sifarişçi ilə görüş uğurlu alınacaq. Yaxınlarınızdan biri yaxşı məsləhət verəcək. Ev işləri və ailə qayğılarını qulaqardına vurmayın.
Qız - yaşlı qohumlar sizi dinləməyə hazırdır. Alış-veriş üçün yaxşı gündür.
Tərəzi - asan qələbələr günüdür. Şəraitin uğurlu məcrasından yararlanaraq gərəkli anda gərəkli yerdə olun. Sizə yardım edəcək insanları tapın.
Əqrəb - bu gün yaranan ideyalar pis deyil. Onlar gərəkli formada reallaşarsa, sizi irəli apara bilər.
Oxatan - yeni tanışlıqlar və romantik münasibətlərə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarda xoş təəssürat yaradın. İmicdə dəyişikliklər etmək olar. İstənilən tədbirdə diqqət mərkəzində olmağa çalışın.
Oğlaq - irəliləyin, kiçik problemlər və maneələrə rəğmən, məqsədlərə doğru hərəkət edin. Potensial tərəfdaşla görüş, planların müzakirəsi və peşəkar fəaliyyət müstəvisindəki hədəflərin müzakirəsi üçün əlverişli zamandır.
Dolça - sövdələşmə və anlaşmalar uğurlu olacaq. Səfər və səyahətlər yaxşı nəticə vəd edir.
Balıqlar - yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Lakin bütün bunlar ciddi münaqişəyə səbəb olmayacaq. Sözlərinizdə sərt, aqressiv olmayın. Hissləriniz barədə açıq danışın. / Milli.Az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ