Mahnıdakı reyhanı "Reyqan" bilən amerikalıların reaksiyası - Zeynəb Xanlarova təkrar oxumalı olub - VİDEO
Tarix: 10-06-2022, 16:15
Baxılıb: 331
Google+ Paylaş
Tumblr Paylaş

Mahnıdakı reyhanı "Reyqan" bilən amerikalıların reaksiyası - Zeynəb Xanlarova təkrar oxumalı olub - VİDEO

10-06-2022, 16:15

1989-cu ildə SSRİ Xalq artisti Zeynəb Xanlarova ABŞ-a qastrolu zamanı burada bir neçə konsert proqramı ilə çıxış edir.  
Zeynəb Xanlarova repertuarından ən yaxşı mahnıları ard-arda sıralayaraq amerikalıların könlünü oxşayır. Ağdərililər bir xalq mahnımızı isə xüsusi coşğu ilə alqışlayırlar. 
Publika.az-ın araşdırmalarına görə, həmin gurultulu alqışların “yanlış anlaşılma”sının səbəbi “Dağlar qızı reyhan” mahnısının nəqarəti olub. 
ABŞ-da konsert verən Zeynəb Xanlarovanın "Dağlar qızı reyhan" mahnısı amerikalılar tərəfindən böyük alqışla qarşılanır. Mahnıya amerikalıların belə reaksiyasına təəccüblənən Zeynəb xanım onu təkrar oxuyur və yenə də rəğbətlə qarşılanır.

Müğənni sonradan tərcüməçi vasitəsilə öyrənir ki, sən demə amerikalılar mahnıdakı "reyhan" sözünü "Reyqan" kimi başa düşüblər. Elə biliblər mahnı həmin dövrdə ABŞ prezidenti olan Ronald Reyqana həsr edilib.
Sonradan o tədbirin iştirakçıları amerikalıların bu “yanlış anlama”sını mediaya sızdırırlar. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ