Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Müsahibə » Azərbaycan Tarixinin Şanlı Səhifəsi Bir Əsgərin Xatirəsindən
Azərbaycan Tarixinin Şanlı Səhifəsi Bir Əsgərin Xatirəsindən

44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ – AZƏRBAYCAN TARİXİNİN ŞANLI SƏHİFƏSİ

Bu gün sizə Azərbaycan tarixində qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi haqqında danışmaq istəyirəm.

44 günlük Vətən Müharibəsi 27 sentyabr 2020-ci il tarixində başlamış və 10 noyabr 2020-ci il tarixində Azərbaycan xalqının şanlı Qələbəsi ilə başa çatmışdır. Bu müharibə Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı haqlı mübarizə idi.

Müharibənin əsas səbəbləri sırasında Ermənistanın illər boyu Azərbaycan ərazilərini işğal altında saxlaması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması və sülh danışıqlarının nəticəsiz qalması dayanırdı.

Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müasir hərbi taktikalardan və texnologiyalardan istifadə edərək düşmənə sarsıdıcı zərbələr endirdi. Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı sayəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və ən önəmlisi Şuşa işğaldan azad edildi. Xüsusilə Şuşanın azad olunması müharibənin taleyini həll edən əsas hadisə oldu.

Bu müharibədə Azərbaycan xalqı ordu ilə bir yumruq kimi birləşdi. Vətən sevgisi hər bir azərbaycanlının qəlbində öz əksini tapdı. Minlərlə şəhidimiz canını Vətən uğrunda fəda etdi, qazilərimiz isə misilsiz qəhrəmanlıq nümayiş etdirdi.

Veteranlarımız xüsusilə qeyd olunmalıdır. Onlar müharibədən sonra da xalqın yanında olaraq gənclərə nümunə göstərir, vətənpərvərlik ruhunu yaşadırlar. Onlar həm döyüş meydanında, həm də həyatın hər sahəsində güc və iradə simvolu kimi çıxış edirlər. Biz onların qəhrəmanlığını heç vaxt unutmayacağıq.

Nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, Ermənistan kapitulyasiya aktına imza atdı və bölgədə yeni reallıq yarandı. 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı birləşdikdə və əzmlə mübarizə apardıqda heç bir güc onun qarşısında dayana bilməz.

Şəhidlərimizin və qazilərimizin ruhu qarşısında baş əyir, onların xatirəsini daim uca tuturuq.


Müsahibimiz Qarabağ Müharibəsi veteranı Əhmədli Ziya Yaşar oğludur.
O, 12 mart 2001-ci ildə Yevlax şəhərində anadan olmuşdur.














Veteranımızın sözlərinə görə, 2019-cu ilin aprel ayında hərbi xidmətə yollanmışdır. İlk 3 ayı N saylı hərbi hissədə Nasosnu qəsəbəsində, daha sonra isə 15 ay Qusar rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmişdir.

Tərxis olunmasına çox az gün qalmış, 27 sentyabr 2020-ci il tarixində müharibə başlamışdır. Həmin gün səhər tezdən həyəcan siqnalı ilə N saylı hərbi hissədən döyüş bölgəsinə yola düşmüşlər. Ziya Əhmədli həmin gün növbədə idi və gecəni yatmamışdı.

Onun ixtisası tank əleyhinə tağımda pulemyotçu olmuşdur. Həmin gündən həm qürurverici, həm də qanlı döyüş günləri başlamışdır.

Döyüş bölgəsinə çatdıqdan sonra əvvəlcə Ağdam istiqamətində irəliləmək mümkün olmadığından Füzuli istiqamətindən hücuma keçmişlər. İlk yaralılarını da məhz orada vermişlər. N saylı hərbi hissədən çoxlu sayda şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Daha sonra Cəbrayıl kəndlərinə çatmış, vəziyyət getdikcə daha da ağırlaşmışdır. Axşam saatlarında yolları itirmiş, ağır artilleriya atəşlərinə baxmayaraq irəliləməyə davam etmişlər. Xocavənd istiqamətində meşə ərazisindən piyada olaraq kəndə daxil olmuş, burada mühasirəyə düşmüşlər.

Həmin döyüşdə briqadanın siyasi işlər üzrə müavini, mayor Abakar Hacıyev boğazından aldığı qəlpə yarası nəticəsində şəhid olmuşdur. O mühasirədə 9 şəhid verilmişdir.

Sonradan yüksəklik ələ keçirilmiş və mövqelənmək əmri verilmişdir. Mövqeləndikləri kənddə pusquya düşmüşlər. Ağır artilleriya dayanmış, yalnız silah səsləri eşidilirdi. Bu döyüşlərdə tağım komandiri çavuş Qəribov kürəyindən yaralanmış, sağ qolu fəaliyyətini itirmişdir və hazırda qazidir. Allah ona şəfa versin.

Beləliklə, həmin mövqedə qalmış, tağımdan yaralılar vermiş, briqadadan isə çoxlu sayda komandir və əsgər şəhid olmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Gecə saat 03:00–04:00 radələrində rabitə vasitəsilə atəşkəs elan olunduğu bildirildi. “Qələbə bizimdir” xəbəri səsləndi.

Müharibənin bitməsinə baxmayaraq azad olunan torpaqlardan qayıtdıqdan sonra N saylı hərbi hissəyə göndərildilər. Terxis olunmasına 10 gün qalmış əsgərləri Cəbrayıl rayonunda, düşməndən azad edilmiş hərbi hissəyə Milli Ordudan perevod etdilər. Daha sonra Dövlət Sərhəd Xidmətinə keçirilərək orada 6 ay xidmət etmişdir. Xidmətinə görə kiçik çavuş rütbəsi ilə təltif olundu. 2021-ci il aprelin 30-da tərxis olunaraq ehtiyata buraxıldı. Ziya, müharibə haqqında Şəhid olmuş İgidlərimiz kaş ki bu günləri görərdilər deyərək kövrəldi.

P.S Bizdə bütün İgid Şəhidlərimizin qarşısında baş əyirik, Ruhları Şad Olsun ! Qazilərimizə can sağlığı arzulayırıq ! Onlar bizim Qürur mənbəyimizdir ! 

 






Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti