Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Azərbaycan Prezidenti: Səudiyyə Ərəbistanına beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığına verdiyi daimi dəstəyə görə minnətdarıq
Azərbaycan Prezidenti: Səudiyyə Ərəbistanına beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin toxunulmazlığına verdiyi daimi dəstəyə görə minnətdarıq

"Biz Səudiyyə Ərəbistanına Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə görə minnətdarıq".
Reportyor.tv xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubunda bildirilib.
"Əminəm ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı ənənəvi dostluq münasibətləri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və dərinləşəcəkdir", - dövlət başçısı deyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti