Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Gürcüstan müsəlmanlarından alınmış 234 məscid onlara qaytarılıb
Gürcüstan müsəlmanlarından alınmış 234 məscid onlara qaytarılıb

Sovet dövründə Gürcüstan müsəlmanlarının əlindən alınmış 234 məscid müstəqillik illərində onların özlərinə qaytarılıb.
Reportyor.tv Tbilisi müxbiri bürosu xəbər verir ki, bunu Gürcüstanın paytaxtı Tbilisidə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin (SARI) birgə təşkilatçılığı ilə keçirilən “Dinlərarası dialoqda dövlətin rolu” adlı beynəlxalq konfransda SARI sədri Zaza Vaşakmadze deyib. O, bildirib ki, 2014-cü ildən bəri SARI tərəfindən Gürcüstandakı provaslav kilsəsi istisna olmaqla dini icmaların inkişafına 14 milyon dollar ayrılıb.
O, Gürcüstanda müxtəlif dinlərin və məzhəblərin nümayəndələrinin tarixən sülh içində yaşadığını, dövlətin ölkədəki tolerantlığın gücləndirilməsi istiqamətində konkret addımlar atdığını vurğulayıb.
“Gürcüstan tarixən çoxmillətli çox dinli xristian ölkəsidir, biz bir sıra mədəniyyətə və dinə ev sahibliyi edirik. Bu vaxtadək burada heç bir qarşıdurma baş verməyib. Gürcüstanda hakimiyyət dinlərarası dialoqun əsas zəmanətçisidir”.
Zaza Vaşakmadze Gürcüstandakı kilsələrin 96%-nin provaslav dini icmasına məxsus olduğunu bildirib.
O, müasir dövrdə dini qarşıdurmaların artdığını, bu səbəbdən dövlətin dinlərarası dialoqun təşkilində önəmli rol oynaya biləcəyini vurğulayıb

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti