4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub?
Tarix: 3-04-2025, 11:16
Baxılıb: 221
Google+ Paylaş
Tumblr Paylaş

4 yaşlı uşaq xəstəxanada vurulan iynədən iflic olub?

3-04-2025, 11:16

Valideyn vurulan qızdırma iynəsindən övladının iflic olduğunu iddia edir.

4 yaşlı Uğur Xankişiyevin valideyninin sözlərinə görə, uşağın qızdırması qalxdığı üçün təcili tibbi yardım çağırıb. Gələn həkimlər Uğuru Yasamalda Uşaq Klinik Xəstəxanasına aparıblar.

Lakin 3 gündən sonra evə buraxılacağı deyilən azyaşlının vəziyyəti vurulan iynədən sonra pisləşib.

Valideyn iddia edir ki, uşağın yaxşı olmadığını həkimə 3 dəfə bildirsə də, ona bunun normal hal olduğu deyilib.

Məsələ ilə bağlı Uşaq Klinik Xəstəxanasının Reanimasiya şöbəsindən bildirilib ki, valideynin iddiaları ilə bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ