Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi...
Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi...

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 kilometr aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumat daxil olan kimi FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri dərhal axtarışlara cəlb olunublar. Operativ xilasetmə əməliyyatı nəticəsində 1975-ci il təvəllüdlü Rasim Qəhrəman oğlu Məmmədov və 2016-cı il təvəllüdlü Aytən Rasim qızı Məmmədzadə xilas ediliblər.

Axtarışlar zamanı dalğıclar 2005-ci il təvəllüdlü Raul Rasim oğlu Məmmədovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hazırda suda batdığı ehtimal olunan digər vətəndaş - 2007-ci il təvəllüdlü Zeynəb Rasim qızı Məmmədzadənin axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.//Demokrat.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti