
ABŞ-da iki yaşlı De’Markus Peyc reseptdəki səhv səbəbindən həyatını itirib.
Reportyor.tv xəbər verir ki, hadisə barədə "Terra" nəşri məlumat yayıb.
Uşağın daim ağladığı, iştahının itdiyi və ishaldan əziyyət çəkdiyi üçün valideynləri həkimə müraciət ediblər. Həkim ona virus infeksiyası və kalium çatışmazlığı diaqnozu qoyaraq qan səviyyəsini bərpa etmək üçün dərman təyin edib.
Lakin reseptdə bir vergülün qoyulmaması uşağın qəbul etdiyi dozanın lazım olduğundan on dəfə artıq olmasına səbəb olub. Valideynlər faciədə yalnız resepti yazan həkimi deyil, həm də aptekdə səhvi görməyən həmkarlarını günahlandırıb.
Musavat.com






Şərhlər