Azərbaycanda koronavirusa yoluxma nə üçün indi artır? - professor Adil Qeybulla detalları açıqladı
Tarix: 4-04-2020, 22:50
Baxılıb: 1 865
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda koronavirusa yoluxma nə üçün indi artır? - professor Adil Qeybulla detalları açıqladı

4-04-2020, 22:50

Son günlər Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artır. Aprelin 4-ə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir. İnsanları ən çox düşündürən məsələ nə üçün birdən-birə bu qədər artımın olması ilə bağlıdır.

Məsələ ilə bağlı həkimlər bildirirlər ki, əslində Azərbaycanda baş verənlər bütün dünyada yaşananların kiçik bir parçasıdır. Bildirilir ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. Musavat.com-a daxil olan məlumatlara görə, Azərbaycanda hazırda keçirilən test sayında əvvəlki günlərlə müqayisədə ciddi artım var. Belə ki, bildirilir ki, ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Rəsmi məlumatlara görə, hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün şərait yaradıb. Həkimlər də təsdiq edirlər ki, Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alıb və müayinələr bu laboratoriyalar vasitəsilə aparılır.
Baki

Bütün bunlar barədə Musavat.com-a danışan professor Adil Qeybulla bildirib ki, əgər vətəndaşlar karantin rejiminə tam əməl edəcəklərsə, aprelin sonuna doğru proses azalan xətt üzrə davam edəcək:

"Azərbaycanda son günlər yoluxanlarla bağlı məlumatlar verilir, yeni rəqəmlər açıqlanır. Hesab edirəm ki, bu, yaxşı haldır. Dünyanın hər yerində bu cür hallar baş verir və ona görə də insanlarda ajiotaj var. Azərbaycanda da özündə hansısa simptomu hiss edən müraciət edir, həkimə gəlir. Bütün bunlar da yoluxmaları ortaya çıxarmağa imkan verir. Bir neçə il öncə elə qrip, soyuqdəymə vardı ki, insanlar onu çox ağır keçirirdilər. Ancaq hazırda əhali hər şeyə diqqət edir, həkimləri evə çağırırlar. Təbii ki, dünyanın hər yerində yoluxanların sayı, məlum olanların sayından artıqdır. Sübut edilib ki, hər yoluxan 4 adamdan 3-ü bunu asimptomatik keçirir. Yəni heç bir simptom bəlli etmədən, daşıyıcıdırlar və başqalarına keçirə bilirlər. Ona görə də yoxlanılanlar arasında təsadüfü ortaya çıxanlar da var, müəyyən əlamətlərinə görə yoxlanılıb, aşkar edilənlər də var. Situasiya bundan ibarətdir. Sadəcə olaraq əhali bunun mahiyyətini tamamilə başa düşməli, özlərini qorumalıdır. Heç bir panikaya düşmək də lazım deyil".
Tələbələrin nədən zəhərləndiyi mütləq açıqlanmalıdır" - Professor ...

Adil Qeybulla

A. Qeybulla bildirib ki, testlər müraciət əsasında aparılır: "Azərbaycanda müvafiq testlər var və laboratoriya şəraitində də yoxlamalar aparılır. Azərbaycanda müvafiq aparatlar da mövcuddur. Ancaq bunun nə qədər kütləvi olub-olmadığını deyə bilmərəm. Bu barədə müvafiq qurumlar daha dəqiq informasiyaya malikdirlər. Hesab edirəm ki, insanlar karantin rejiminin şərtlərinə əməl etsələr, izolyasiya tədbirlərini gözləsələr, bu infeksiya müəyyən dövrdən sonra sönmə xətti üzrə gedəcək. Əslində Azərbaycanda da yoluxma dövrü elə mart ayına təsadüf edib. Bunun təxminən 10 həftə ərzində gözləmə, sönmə müddəti var. Bu da aprelin sonuna düşür. Hər şey insanların özündən asılıdır. Karantin rejiminin mahiyyəti odur ki, insanlar qorunsunlar, evdən çıxmasınlar və bu, sönən xətt üzrə getsin. Əgər insanlar karantin rejiminə məhəl qoymayacaqlarsa, yoluxma olacaq və hər şey yenidən başlayacaq, proses də uzanacaq. İnsandan -insana virus keçdiyi üçün təmasların məhdudlaşdırılması ən optimal variantdır".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ