Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Arda Gülərin BU GÖRÜNTÜLƏRİ gündəm oldu - 35 min avroluq konsertVİDEO
Arda Gülərin BU GÖRÜNTÜLƏRİ gündəm oldu - 35 min avroluq konsertVİDEO

Dünyaca məşhur pop ulduzu Cennifer Lopez “Up All Night Live In 2025” turnesi çərçivəsində Antalyanın Belek şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, aylardır səbirsizliklə gözlənilən konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

JLO səhnəyə 50 nəfərlik peşəkar rəqs qrupu ilə çıxaraq performansı ilə adını bir daha musiqi tarixçəsinə yazdırıb. Xoreoqrafiya, səhnə quruluşu, geyimləri və enerjisi ilə konsert əsl vizual şouya çevrilib.

Konsertin biletləri 1000 avroya qədər, eksklüziv stendlərin qiymətləri isə 35 min avroya qədər yüksəlib. Məhz bu stendlərdən birində Real Madridin və Türkiyə millisinin gənc ulduzu Arda Gülər, sevgilisi ilə birlikdə izləyicilər arasında yer alıb. Onunla eyni stenddə məşhur aktrisalar Rabia Soytürk və Yeliz Qorxmaz da olub.

Rabia və Yeliz Qorxmazın konsert zamanı rəqs etdikləri görüntülər, Arda Gülərin də həmin anda kadrda olması sosial şəbəkələrdə viral olub.

Konsertə qatılanlar arasında Real Madrid ulduzları Antonio Rüdiger və David Alaba, model Rosie Huntington-Whiteley, moda influenseri Chiara Ferragni, aktrisalar Seda Bakan və Bensu Soral da olub.

“Cennifer Lopez Antalyada səhnəyə çıxdı!” xəbəri sadəcə musiqi dünyasında deyil, eyni zamanda idman, moda və sosial media çevrələrində də ciddi rezonans doğurub.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti