
“Avroviziya” qalibi Nigar Camal “DreamFest” musiqi festivalının üçüncü günündə əfsanəvi “No Mercy” qrupunun vokalisti Marti Sintronla görüşüb.
Qızı Jasminlə birlikdə festivaldan zövq alan sənətçi məşhur ifaçı ilə xatirə videosu da çəkib.
Qeyd edək ki, 1990-cı illərin ən çox dinlənilən pop musiqi qruplarından biri olan “No Mercy” Almaniyada yaradılıb. Amerikalı musiqiçilər Marti Sintron, Ariel və Gabriel Hernandezdən ibarət olan qrup “Where Do You Go”, “Please Don’t Go” və “Missing” kimi hitləri ilə dünya miqyasında böyük şöhrət qazanıb və bir çox beynəlxalq mükafatlara layiq görülüb. Onların retro pop və rəqs musiqisi janrında yaratdıqları mahnılar bu gün də sevilərək dinlənilir.[video=|https://www.instagram.com/p/DMkQeNus760/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again]
Şərhlər