
Bloger Aygül Quliyeva (Ayaprima) ilə müğənni Şəbnəm Tovuzlu arasında qalmaqal yaşanıb.
Musavat.com xəbər verir ki, Ayaprima sosial media hesabında Şəbnəmin verilişə cangüdənlə gəlməsini tənqid edən video paylaşıb:
“Sən Şakirasan, Ceylosan, kimsən? Verilişə niyə cangüdənlə gəlirsən? Bu nədir?”
Bloger daha sonra paylaşım edərək Şəbnəmin onu hədələdiyini bildirib:
“Tənqid götürə bilmirsiniz, niyə müğənni, aparıcı, aktrisa olursunuz? Evinizdə oturub serialınıza baxın. Məni elə şantaj edir ki, o videonu sil. Silməyəcəm”.






Şərhlər