
Lionel Messi “İnter Mayami” ilə MLS Kubokunu qazandı.
Publika.az xəbər verir ki, bu oyun argentinalının iki köhnə dostu – Serji Buskets və Jordi Alba üçün sonuncu oldu.
Jordi ilə Serji arasında bir il fərq olmasına baxmayaraq, onlar demək olar ki, eyni vaxtda – 2025-ci ilin sentyabr və oktyabr aylarında mövsümün sonunda karyeralarını bitirəcəklərini elan etdilər. Onlar da Messinin istədiyi kimi futboldan kubokla ayrılırlar.
MLS Kubokunun finalında “Vankuver”lə oyunda (3-1) qələbə qazandıqdan sonra “Barselona” əfsanələri yaddaqalan şəkil çəkdiriblər. Kadrda oyunçuların ailə üzvləri də yer alıblar. Alba, Buskets və Messiyə Luis Suares də qoşulub.







Şərhlər