Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Sevil və Sevinc bacılarından etiraf: "Yarımçıq qaldı..."
Sevil və Sevinc bacılarından etiraf: "Yarımçıq qaldı..."

Müğənnilər Sevil və Sevinc Səfərovalar biznes fəaliyyətlərini dayandırıblar.

Publika.az xəbər verir ki, bu barədə bacılar “Qonaqcanlı” verilişində danışıb. Onların sözlərinə görə, bir vaxtlar məşğul olduqları mağaza və gözəllik salonları artıq bir neçə il əvvəl fəaliyyətini dayandırıb. Sevil və Sevinc Səfərovalar biznes sahəsində qarşılaşdıqları çətinliklərdən də söz açıblar.

Bildirilib ki, gözləntilərin özünü doğrultmaması və müxtəlif səbəblərdən yaranan problemlər nəticəsində bizneslərini bağlamaq qərarına gəliblər. Bacılar bu prosesdə müəyyən maddi itkilərlə üzləşdiklərini, lakin yaşananların onlar üçün bir təcrübə olduğunu qeyd ediblər. Hazırda isə əsas diqqətlərini yenidən yaradıcılıq fəaliyyətlərinə yönəltdiklərini vurğulayıblar.

Şərhlər