Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » "Dedi ki, gözəl görünüşün var, canlı oxuya bilməsən də, MÜĞƏNNİ OL"
"Dedi ki, gözəl görünüşün var, canlı oxuya bilməsən də, MÜĞƏNNİ OL"

Müğənni və model Müjgan Ayxan sənət yoluna necə başladığı ilə bağlı maraqlı açıqlama verib.

Müjgan Ayxan ifaçılıq sənətini seçməsində yaxın dostu və əməkdaşlıq etdiyi şəxsin təklifinin mühüm rol oynadığını etiraf edib.

O, bildirib ki, ilk olaraq foto-model kimi tanınıb və həmin dövrdə bu sahə ölkədə o qədər də geniş yayılmayıb.

Sənətçi qeyd edib ki, müxtəlif çəkilişlərə dəvət alıb, xüsusilə gəlinlik geyimləri ilə fotosessiyalarda iştirak edirdi. Eyni zamanda Aqşin Fatehin klipində də ödənişli əsaslarla çəkildiyini deyən Müjgan Ayxan, reklama ehtiyacının olmadığını vurğulayıb.

Müğənni bildirib ki, Pəhman adlı dostu ona ifaçılıqla məşğul olmağı təklif edib:

"Mən ona canlı oxuya bilmədiyimi, səsimin çatmayacağını demişdim. O isə 'gözəl qızsan, fonoqramla oxuyarsan, hər gün məclislərdə olacaqsan' dedi".

Müjgan Ayxan əlavə edib ki, daha sonra "Rəis" adlı mahnını ifa edib və bu mahnı böyük uğur qazanıb. Lakin həmin işdən sonra yollarının ayrıldığını deyən sənətçi, buna baxmayaraq dostunun əvvəlcə ona mütləq mahnı oxumasını tövsiyə etdiyini də xatırladıb./Milli.Az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti