
İran prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün cümə axşamı, dekabrın 7-də Rusiyaya gedəcək.
Publika.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Rəisi ilə Putinin ikitərəfli məsələləri, Fələstin və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəyi planlaşdırılır.
Qeyd olunur ki, Rəisi Rusiyaya Putinin şəxsi dəvəti ilə yüksək səviyyəli hökumət rəsmiləri və İranın ticarət-iqtisadi dairələrinin nümayəndələrindən ibarət heyətlə gələcək.






Şərhlər