Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Hesab edirəm ki, əgər biz Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli toqquşmaya son qoysaq və sülh sazişini imzalasaq, bütün söylədikləriniz yaxın zamanlarda reallığa çevrilə bilər.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Gürcüstan nümayəndəsinin sualına cavabında söyləyib.
Dövlətimizin başçısı diqqətə çatdırıb: “Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik. Siz elektrik enerji sahəsini və üç ölkənin potensialını qeyd etdiniz. Bəli, bu düzdür. Biz buraya Azərbaycan ilə Gürcüstan arasında təbii qaz sahəsində əməkdaşlığı da əlavə etsək görəcəyik ki, bunun faydası qarşılıqlıdır”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti