
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Rerportyor.tv xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı sosial media hesabında bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Xalqımıza göstərilən dəstək və həmrəyliyə görə təşəkkür etdim. Bu gecə ruslar ukraynalılara qarşı yüzlərlə dron, raket, o cümlədən ballistik raket tətbiq ediblər. Təəssüf ki, dağıntı və zərər var, Azərbaycan səfirliyi də zərər görüb. Cənab Prezident bu hücumu pislədi və vurğuladı ki, Rusiyanın səfirliyin binası və Azərbaycanla bağlı digər obyektləri hədəfə alması ilk dəfə deyil.
Həmçinin ikitərəfli münasibətlər və tərəfdaşlığımızın inkişafı barədə danışdıq. İkitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə “yaşıl işıq” var. Yaxşı potensial mövcuddur və onu reallaşdıracağıq”, - V.Zelenski vurğulayıb.
Publika.az






Şərhlər