Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır

"Azərbaycan və Ermənistan tərəfindən sərhəd xəttinin müəyyən olunması istiqamətində son addımları alqışlayırıq".
Reportyor.tv xəbər verir ki, bunu Bakıda səfərdə olan Macarıstan xarici işlər naziri Peter Siyarto mətbuat brifinqində deyib.
Peter Siyarto vurğulayıb ki, Macarıstan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib və bu mövqeyini açıq və ətraflı şəkildə beynəlxalq platformalarda bəyan edib.
“Regionda sülhün və rifahın bərpası üçü dəstək verməyə hazırıq. Macarıstan olaraq həmçinin Qarabağın minalardan təmizlənməsi üçün də dəstək verməyə hazırıq”, - o bildirib.
Siyartonun sözlərinə görə, Macarsıtanın Azərbaycanla əhəmiyyətli əməkdaşlığı var və hər iki ölkə böhranlı regiondadır. O əlavə edib ki, Ukraynadakı böhran geniş miqyas alır və hamıya təsir edir.

Macar nazir enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq uğurludur: “Biz təbii qaz təchizatı ilə bağlı fəaliyyətə başlamışıq. 1.5 milyon kubmetr təbii qaz Azərbaycandan Macarıstana göndərilib. Bu, səmərəli əməkdaşlıqdır. Azərbaycandan tədarük olunacaq qazın həcmini artırmaq niyyətindəyik. Azərbaycan nefti də Macarıstanda enerji səbətinin ayrılmaz hissəsi olacaq”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti