Bir əsrdir düyünə düşən “Qafqaz Evi” ideyası
Tarix: Bu gün, 13:13
Baxılıb: 18
Google+ Paylaş
Tumblr Paylaş

Bir əsrdir düyünə düşən “Qafqaz Evi” ideyası

Bu gün, 13:13

Ötən həftə Tiflisdə Cənubi Qafqazın üç ölkəsinin nazir müavinlərinin görüşü bu birlik ideyasını yenidən aktuallaşdırıb

Gürcüstan Cənubi Qafqazın üç ölkəsinin əməkdaşlıq formatının qurulması məsələsini yenidən gündəmə gətirib. Belə ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT baş katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında ölkəsinin Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını alqışladığını, Gürcüstanın regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazır olduğunu deyib:
“Şadam ki, keçən həftə Tiflisdə xarici işlər nazirlikləri arasında üçtərəfli görüş keçirildi. Görüş ilk dəfədir ki, Gürcüstan, Ermənistan və Azərbaycanın xarici işlər nazirlikləri arasında keçirilib və ümid edirəm ki, bu formatda biz regionun rifahı naminə əməkdaşlıq edə biləcəyik”.
Hərbi toqquşma olmayacaq” - Qabil Hüseynli - Turkustan.az
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli şərhində bildirib ki, Cənubi Qafqazın üç ölkəsinin “Qafqaz Evi” adlı birlik, əməkdaşlıq formatı ideyası hələ 20-ci əsrin əvvəllərində mövcud olub. Lakin Ermənistanın işğalçılıq mövqeyi və Rusiyanın maraqları üzündən bu ideya reallaşmayıb: “SSRİ dağılanda və Cənubi Qafqaz ölkələri müstəqillik əldə etdiyi zaman Ermənistanın Azərbaycana qarşı işğlaçılıq müharibəsi başladı. "Qafqaz Evi" ideyasının gerçəkləşdirilməsi təbii ki, bu vəziyyətdə mümkün deyildi. Lakin artıq müharibə başa çatıb, Azərbaycan ərazilərini azad edib və tərəflərdən əməkdaşlıq təklifləri, bəyanatları eşidilir. Azərbaycan və Gürcüstan üçlü birlik formatının tərəfdarı olduğunu ən yüksək səviyyədə bəyan edib. Məsələnin reallaşması yenə də Ermənistanın tutacağı yoldan asılı qalıb. Belə ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasını konstitusiyasından çıxaracaqsa və sülh sazişi imzalayacaqsa, Cənubi Qafqazın üç ölkəsinin əməkdaşlıq formatının reallaşmasının yolu tam açılmış olacaq: “Cənubi Qafqaz siyasətində Azərbaycan Gürcüstanla strateji tərəfdaşlıq, mehriban qonşuluq siyasəti aparır. Azərbaycan Gürcüstanın iqtisadiyyatına, inkişafına ən çox yatırım qoyan, dəstək olan ölkələrdəndir. Cənubi Qafqazın taleyi birmənalı olaraq Azərbaycan, Gürcüstan və Ermənistandan asılıdır. Odur ki, bir əsrdən artıq yaşı olan "Qafqaz Evi" ideyası üçün regionda sülhün və təhlükəsizliyin bərqərar olunması əsas və zəruri məsələdir. “Qafqaz Evi” ideyasının reallaşması üçün tarixi fürsət yaranıb. Ermənistan bu fürsəti dəyərləndirməlidir. Çünki bundan ən çox faydalanan Ermənistan olacaq. Təəssüf ki, qlobal güclər regionda öz maraqları uğrunda apardıqları gərgin mübarizənin fonunda “Qafqaz Evi” ideyasını kölgədə saxlamağa cəhd edir və bu təşəbbüsün reallaşmasını çətinləşdirir. Lakin Azərbaycan faktiki olaraq “Qafqaz Evi” uğrunda daha geniş miqyasda gərgin mübarizəyə start verib. Gürcüstanın da bu məsələdə mövqeyi Azərbaycanla eynidir. Azərbaycanın mövqeyini və təşəbbüsünü gücləndirən bir çox səbəblər var. İlk növbədə, qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin irəli sürdüyü proqram çərçivəsində əməkdaşlıq Cənubi Qafqazda yeni siyasi-iqtisadi mühit yarada, səmərəli layihələrin icrasına yol aça bilər. Bu, region ölkələrinin inteqrasiyasını, yeni əməkdaşlıq və qonşuluq modelinin yaranmasını da şərtləndirər. Digər tərəfdən, Ermənistan da yeni regional modelin tərkib hissəsi olmaq üçün havadarlarına arxalanaraq qonşu dövlətlərə qarşı əsassız ərazi iddialarından, militarist, revanşist ideyalardan, regional təhlükəsizliyi təhdid edən, sabitliyin pozulmasına yönəlik davranışlardan əl çəkməlidir. 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlamış, ciddi maddi-mənəvi zərbələr vurmuş Ermənistan normal qonşuluq münasibətləri saxlamaq istəyəcəksə, Azərbaycan onunla da sülh şəraitində yaşamağı əsas götürmək fikrindədir. Bu gün Azərbaycan və Gürcüstan müstəqil siyasət həyata keçirirlər, tam müstəqil olaraq öz xarici dövlət siyasətlərini yerinə yetirirlər. Ermənistanda isə vəziyyət bir az fərqlidir, onlar bunu nəzərə almalıdırlar. Cənubi Qafqazda təhlükəsizliyə, əməkdaşlığa ən böyük zərər vuran, xələl gətirən, problem yaradan Ermənistandır".
Etibar SEYİDAĞA,


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ