
“Demarkasiya prosesində Tiqranaşenin (Kərki kəndi) qaytarılması gündəmdədir. Bu kənd dövlətlərarası yolun yaxınlığında yerləşir və ora qaytarıldıqdan sonra Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün kəndə bitişik ərazilərdə öz hərbi qüvvələrini yerləşdirmək haqqı qazanacaq”.
Publika.az xəbər verir ki, bu barədə ehtiyatda olan erməni polkovnik, hərbi ekspert Hayk Nahapetyan deyib.
Erməni ekspert hesab edir ki, Kərkinin qaytarılması Ermənistanı praktiki olaraq iki hissəyə böləcək: “Ermənistan texniki cəhətdən çətin və problemli olan dolama yol çəkməyə məcbur olacaq. Digər məsələ Tavuş istiqamətindədir (söhbət Qazaxın 3 anklav kəndindən gedir-red). Bu ərazilər qaytarıldıqdan sonra Gürcüstana gedən iki yoldan birinə birbaşa Azərbaycan nəzarət edəcək. Eyni zamanda, Rusiyadan Ermənistana daxil olan qaz kəməri də Azərbaycanın nəzarətinə keçəcək”.
H.Nahapetyan bildirib ki, Ermənistan Rusiyadan enerji dəstəyi almaq imkanından məhrum olacaq.
“Bu, artıq taxıl idxalına təsir edir. Türkiyə Ermənistanı taxıl və enerji təchizatı ilə təmin etməyə hazırdır, lakin bu, Azərbaycan mənbələri hesabına olacaq. Bu o deməkdir ki, Ermənistan Azərbaycan qazı və neftindən asılı olacaq”, - erməni ekspert iddia edib.






Şərhlər