
Türkmənistanda CAREC layihə ofisinin direktoru Merqen Kepbanov bildirib ki, Zəngəzur dəhlizi türk dünyasının birliyini təcəssüm etdirən strateji layihədir. O, bu fikri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda səsləndirib.
Reportyor.tv xəbər verir ki, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası Komitəsinin sədri, “Yüksəliş” hərəkatının rəhbəri Babur Bekmuratov isə Zəngəzur dəhlizinin həm türk dünyası, həm də geniş Avrasiya məkanı üçün strateji əhəmiyyətə malik olduğunu bildirib.
Mövzuya münasibət bildirən Türkiyə Daxili İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün deyib ki, Zəngəzur dəhlizinin tam işə düşməsi tarixi hadisə olacaq və regionun, eləcə də dünyanın iqtisadiyyatına böyük töhfə verəcək.
Bütün bu fikirlər göstərir ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil, türk coğrafiyasında siyasi, iqtisadi və ideoloji inteqrasiyanı möhkəmləndirən əsas strateji xətt kimi qiymətləndirilir.
Musavat.com






Şərhlər