Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Pakistanda kamikadze özünü partlatdı: Otuzdan çox yaralı var
Pakistanda kamikadze özünü partlatdı: Otuzdan çox yaralı var

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin paytaxtı Kvettada baş verən partlayış nəticəsində üç nəfər həlak olub, 30-dan çox adam yaralanıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, yaralananlar arasında 15 polis əməkdaşı da var.
Həyatını itirənlərin biri polis, biri uşaq, biri isə qadındır.
İlkin məlumatlara görə, kamikadze polisin mühafizəsi altında olan peyvənd məntəqəsinin yaxınlığında kustar üsulla hazırlanan partlayıcı qurğunu işə salıb.
Bazar ertəsi Pakistan hakimiyyəti Pəncab, Sind və Bəlucistan əyalətlərinin 23 regionunda beş yaşdan kiçik 13,5 milyon uşaq üçün ilin üçüncü poliomielit peyvəndi kampaniyasına başlayıb.

Uşaqların poliomielit xəstəliyinə qarşı kütləvi peyvənd edilməsi ilk dəfə Pakistanda 2020-ci ildə başlayıb, lakin Əfqanıstanla həmsərhəd ərazilərdə "Taliban" yaraqlıları tərəfindən bu peyvənd dayandırılıb. Ekstremistlər poliomielit kampaniyasının "İslam dəyərlərini sarsıtmaq" üçün "Qərb planının" bir hissəsi olduğunu bəhanə edərək peyvənd məntəqələrinə, həkimlərə və Pakistan təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Şərhlər