Un bahalaşdı: Çörəyin qiyməti artacaq? – AÇIQLAMA
Tarix: 22-05-2024, 13:12
Baxılıb: 151
Google+ Paylaş
Tumblr Paylaş

Un bahalaşdı: Çörəyin qiyməti artacaq? – AÇIQLAMA

22-05-2024, 13:12

Azərbaycanda unun qiyməti son bir ayda bahalaşıb. Bununla bağlı Globalinfo.az-a izləyicilər məlumat verib. Məlumata görə, aprel ayının 25-nə qədər 50 kiloqramlıq unun qiyməti 25 manat 5 qəpik təşkil edib. Ötən ayın sonlarından isə bu qiymət 27 manat 35 qəpiyə qədər artıb.

Belə olan halda çörəyin qiyməti artırılacaqmı?
Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az “Sarı Sünbül” MMC ilə əlaqə saxlayıb.

Şirkət unun bahalaşmasını təsdiq edib:

“Bəli, 50 kiloqramlıq unun hazırda topdansatış qiyməti 27 manatdır. Bahalaşma unun bütün növlərinə aiddir. Buna səbəb isə buğdanın qiymətinin artmasıdır”.

Çörəyin qiymətinin artıb-artmadığını dəqiqşləşdirmək üçün “İsrafiloğlu” MMC ilə əlaqə saxladıq.

 
“NUR” çörəyi hələ ki, köhnə qiymətlə satılır. Unun bahalaşması səbəbindən çox güman ki, biz də topdansatış qiymətini artıracağıq. Bu, bizdən asılı məsələ deyil. Un bahalaşırsa, avtomatik cüzi də olsa çörəyin qiyməti artırılacaq”,- deyə bildirilib. 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ