Beyləqanda məmur haqqında ilginc iddialar... - hansı müsbət kriteriyalarına görə rəhbər vəzifəyə təyin edilir?
Tarix: 28-07-2020, 13:40
Baxılıb: 357
Google+ Paylaş
Tumblr Paylaş

Beyləqanda məmur haqqında ilginc iddialar... - hansı müsbət kriteriyalarına görə rəhbər vəzifəyə təyin edilir?

28-07-2020, 13:40

Beyləqan Rayon Yaşıllaşdırma İdarəsinin vəzifəsinə layiq olmayan müdiri Nizami Vəliyevlə bağlı apardığımız araşdırmalar zamanı əldə etdiyimiz müfəssəl bilgilər barədə içtimaiyyətə və eləcə də aidiyyəti qurumlara geniş və səhih məlumatlar vermişik. Düzdür, N.Vəliyevin hərbi xidmətdə olub – olmaması barədə hazırda SHXÇDX tərəfindən araşdırmalar gedir. Məlum olub ki, o, nə ehtiyatda olan zabit kimi, nə də siravi əsgər kimi hərbi xidmətdən keçib; heç komissarlıqda hərbi qeydiyyatı da yoxdur.

Aparılan araşdırmaların bizə məlum olan daha bir nəticəsi də odur ki, N. Vəliyev 1990-95-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunu (indiki Aqrar Uniersitet-red.) oxuyub. Bu günlərdə öyrənmişik ki, Nizami Vəliyev həmin ali təhsil müəssisəsini bitirsə də, öz ərizəsi əsasında hərbi kafedradan keçməyib, hərçənd, oxuduğu ixtisası üzrə diploma yiyələnib. Tələbə hansısa səbəbdən hərbi kafedranın dərslərindən öz istəyi ilə azad oluna bilər. Ancaq bu naqislik onun müəyyən ixtisas üzrə təhsil aldığını təsdiqləyən diplomdan məhrum etmir.

Aqrar Universitetin keçmiş məzunlarından birindən bu kimi hallarla bağlı təfərrüatlı izah almışıq: “Hamımız hərbi kafedrada oxuyurduq, avtomobilist üzrə zabit ixtisası qazanırdıq, sürücülük vəsiqəsi əldə edirdik. Bir ay hərbi toplanış keçirdik. Hamı üçün məcburi idi. Yalnız qızlar və hərbi xidmətə yararlı olmayanlar hərbi kafedra keçmirdilər. Yəni, əlilliyi olanlar…”

Təxmin etdiyimiz kimi, N.Vəliyev siravi əsgər kimi də hərbi xidmətdən yayınıb. Yerinə çatmışıq k, N. Vəliyev hərbi həkim komissiyasından “davranış pozuntuları” xəstəliyi ilə “hərbi xidmətə yararsızlıq” bileti alıb. Yəni ki, bu o deməkdir ki, Nizami Vəliyev hərəkətlərinə və davranışlarına görə cavabdehlik daşımır. Baxmayaraq ki, komissarlıqda onun “şəxsi iş”i yoxdur, ancaq bu məlumatları özəl mənbələrdən əldə edə bilmişik.

İlkin hərbi qeydiyyata götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşın şəhadətləndirilməsi nəticəsində onun hərbi xidmətə yararlılığı haqqında rayon, şəhər çağırış komissiyası aşağıdakı kateqoriyalar üzrə qərar verir: «A» —hərbi xidmətə yararlıdır; «B» — sıradankənar hərbi xidmətə yararlıdır; «C» — dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; «Ç» —hərbi xidmətə müvəqqəti yararsızdır; «D» — hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. Belə çıxır ki, Nizami Vəliyev axırıncı kateqoriyaya aiddir. Sovetlər dönəmində hərbi həkim komissiyasından daranış pozuntusu və oxşar xəstəliklərlə əlaqədar çıxdaş edilənlərə el dilində “devyat be” (doqquz be” – rus.) deyirdilər ki, bu da o dövrdə tətbiq olunan ”xəstəliklər cədvəli”ndə həmn kateqoryanın tutduğu sıradakı yerini rəqəmlə və hərflə işarəsini göstərirdi: 9 b.

İndi işin sual doğuran cəhəti odur ki, davranış pozuntuları kimi ciddi diaqnoz ilə “neqodnıy” bilet alaraq hərbi xidmətdən yayınan şəxs necə, hansı müsbət kriteriyalarına görə rəhbər vəzifəyə təyin edilir. Bəlkə baytar Nizami Vəliyev bizim Çəbiş müəllim kimi saf, vətənpərvər adamdır? Bəlkə o qədər pak insandır ki, hərbi xidmətdə olmasa da, ona arxa cəbhədə ən məsuliyyətli vəzifələr etibar etmək olar? Yox, təəsüf ki, yox! Adamın ayağında göbələk (“qribki” – rus.), belində əzələ yırtığı (“qrıja” – rus.), canım sizə desin, yalnız pıçıltı ilə qulağa deyiləsi başqa xəstəlikləri ola bilər. Amma davranış pozuntuları o sıradan deyil. Belə bir xəstəliyi olan şəxsin əlinə odlu silah vermək olmazsa, ona mülki işlərdə idarəçilik səlahiyyətləri də vermək olmaz. Davranış pozuntusu özünü hər cür təzahür etdirə bilər – istər hərbi xidmətdə öz əsgər yoldaşlarına silah çəkməklə olsun, istərsə də rəhbərlik etdiyi müəssisənin altını üstünə çevirməklə, kollektivin “gününü göy əskiyə bükməklə”.

İnanırıq ki, Beyləqan Rayon İcra Hakimiyyəti bu paradokslu məsələni yenidən nəzərdən keçirəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ