İordaniyanın "Ət-Təğyir" xəbər kanalı gələn həftə İrana hücum ehtimalının yüksək olduğunu bildirən təcili reportaj yayımlayıb.
Reportyor.tv "Azad İran"a istinadən xəbər verir ki, reportajda yeddi gün ərzində İrana qarşı müharibənin başlaya biləcəyi iddia olunur.
Bildirilib ki, İsrail əməliyyatın başlanması üçün konkret vaxt müəyyən edib.
Əməliyyatın məqsədi Tehran rejimini devirməkdir və bu rejimə son qoymaq üçün maksimum 90 günlük bir müddət müəyyən edilib.
Birləşmiş Krallıq hücumda aviasiya və dəniz qüvvələri ilə iştirak edəcək, əməliyyatın isə yaxın 7 gün ərzində başlanacağı gözlənilir.
Amerika qüvvələrinin komandanı Maykl Korilla hazırda İsraildədir və hücuma rəhbərlik etmək üçün xüsusi əməliyyat otağı yaradılıb.
Musavat.com